“Repo bazarında əməliyyatların həcmi il ərzində təxminən 74 faiz artıb” -İSİ MUSTAFAYEV

3 İyun 2026 10:34 (UTC+04:00)

“2025-ci ildə Azərbaycanda qiymətli kağızlar bazarında əhəmiyyətli inkişaf müşahidə olunub. Proqnozlara görə, bazarın ümumi həcmi 15 milyard manata çatacaq, növbəti beş il ərzində isə bu göstəricinin 45 milyard manata yüksəlməsi gözlənilir. Bu artım kapital bazarının ölkə iqtisadiyyatında rolunun getdikcə gücləndiyini göstərir”.
SİA xəbər verir ki, bu sözləri görə, "PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-nin baş icraçı direktoru İsi Mustafayev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bazarın inkişafı yalnız bir istiqamətlə məhdudlaşmayıb. Repo əməliyyatları, istiqraz bazarı və digər ticarət seqmentlərində də nəzərəçarpacaq artım qeydə alınıb. Xüsusilə repo bazarında əməliyyatların həcmi il ərzində təxminən 74 faiz artaraq ən yüksək nəticəni göstərib. Digər istiqrazlar üzrə ticarət həcmi də 31 faiz yüksəlib ki, bu da investor marağının artdığını nümayiş etdirir.