Ronaldo 6-cı mundiala hazırlaşır...

2 İyun 2026 23:30 (UTC+04:00)

Futbol üzrə Portuqaliya millisinin DÇ-2026 üçün yekun heyətinə daxil edilən Kriştiano Ronaldo yığmanın heyətində məşqlərə başlayıb. Builki mundial ulduz futbolçunun karyerasındakı ardıcıl altıncı dünya çempionatı olacaq.

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2026-nın qrup mərhələsində K qrupunda mübarizə aparacaq və onların rəqibləri Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya yığmaları olacaq.

Mətləb