"Onları sınaqdan keçirəcəyik" - Rubiodan İran AÇIQLAMASI

3 İyun 2026 00:19 (UTC+04:00)

ABŞ dövlət katibi Marko Rubio Senatda xarici əlaqələr komitəsində dinləmələr zamanı deyib. O, İranla danışıqlardakı perspektivlər barədə danışarkən bəyan edib ki, bu məsələdə irəliləyişin baş verə biləcəyini bildirib:

“Onlar ilk dəfə müzakirələrə girməkdən belə imtina etdikləri nüvə proqramlarının aspektlərini müzakirə etməyə razılaşıblar. Bu, nəticədə Senat və ya Amerika xalqı üçün məqbul olan bir razılaşmaya gətirib çıxaracağına zəmanət vermir. Lakin biz onların prosesi nə qədər irəli aparmağa hazır olduqlarını sınaqdan keçirəcəyik”.

Mətləb