"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırıb

2 İyun 2026 15:55 (UTC+04:00)

"Araz-Naxçıvan" klubu 10 futbolçu ilə yolları ayırıb.

Bu barədə SİA-ya Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Müqavilə müddəti başa çatan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalanmayıb.

Qeyd edək ki, Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli növbəti mövsümdə də "Araz-Naxçıvan"ın heyətində çıxış edəcəklər.