Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 2-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində yerləşən hərbi təyinatlı obyektlərə və hərbi infrastruktur elementlərinə qrup halında zərbələr endirib. Hücumlar yüksək dəqiqlikli uzaqmənzilli silahlar və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.
Bildirilib ki, zərbələrin hədəfi Ukrayna ordusunun istifadə etdiyi hərbi aerodromlar, enerji, yanacaq və nəqliyyat infrastrukturu obyektləri olub. Rusiya tərəfi əməliyyat zamanı müəyyən edilmiş bütün hədəflərin vurulduğunu və tapşırıqların yerinə yetirildiyini iddia edir.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur ki, əməliyyat Ukrayna tərəfindən Rusiya ərazisindəki mülki obyektlərə qarşı həyata keçirilən hücumlara cavab olaraq təşkil edilib.
Məlumat müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib və münaqişə tərəflərinin bəyanatları fərqli ola bilər.
Lətifə Abdıyeva