“Şamaxı” Azər Bağırovla 3 illik müqavilə imzalayıb

2 İyun 2026 13:31 (UTC+04:00)

“Şamaxı”nın yeni baş məşqçisi məlum olub.

Bölgə təmsilçisindən SİA-ya bildirilib ki, klub rəhbərliyi davam edən danışıqlardan sonra təcrübəli mütəxəssis Azər Bağırovla razılığa gəlib. Yeni baş məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Azər Bağırov son olaraq “Kəpəz”i çalışdırıb.