"Hörmüz boğazından gəmiləriniz təhlükəsiz keçəcək" - İrandan bu ölkəyə JEST

2 İyun 2026 00:19 (UTC+04:00)

İran Prezidenti Məsud Pezeşkian Yaponiya Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb. IRNA agentliyinin xəbərinə görə, Pezeşkian Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsinə hazır olduqlarını bildirib.

Yaponiya Baş naziri Hörmüz boğazında gəmilərin hərəkətinin tam bərpasına çağırış edib.

İran Prezidenti qeyd edib ki, əsas problem ABŞ-ın İranın dəniz daşımaları və ticarətinə tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır.

Mətləb