Bir neçə dərman vasitəsinin qiymətinin yuxarı həddi tənzimlənib

1 İyun 2026 15:35 (UTC+04:00)

Tarif Şurasının iclasında 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi tənzimlənib.

SİA xəbər verir ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının "Dərman vasitələri" bölməsində yerləşdirilib.

Qərar sabahdan qüvvəyə minəcək.