Çin rabitə texnologiyaları üçün sınaq peykini orbitə buraxıb

1 İyun 2026 14:39 (UTC+04:00)

Peyk mobil telefonlar və peyklər arasında birbaşa genişzolaqlı bağlantıları, eləcə də inteqrasiya olunmuş kosmos Yer şəbəkə texnologiyalarını sınaqdan keçirmək üçün istifadə olunur.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hazırkı buraxılış, Long March seriyalı raket daşıyıcılarının 646-cı uçuşu idi.

Çin həmçinin 10 martda Siçanq Kosmik Mərkəzindən rabitə texnologiyaları üçün yeni sınaq peykini uğurla buraxıb. Cihaz orbitə "Long March-3B" raketi ilə göndərilib.

Lətifə Abdıyeva