FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub

1 İyun 2026 13:58 (UTC+04:00)

FHN-in təlimlərində iştirak uşaqların çox böyük marağına səbəb olub.

SİA-nın yerli bürosunun məlumatına görə, bunu nazirliyin Gəncə Regional Mərkəzinin sektor müdiri Elnur İmanov FHN tərəfindən şəhid övladları üçün "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə "açıq qapı günü" tədbiri ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, tədbirdə uşaqlar FHN-in xilasetmə xidmətinin gündəlik iş təlimi təqdim olunub.

"Maraqlısı odur ki, bu təlimlərdə uşaqlar da birbaşa iştirak edib. Bu isə uşaqların çox böyük marağına səbəb olub. Eyni zamanda uşaqlara FHN-in yanğından mühafizə texnikaları nümayiş olunub. Eyni zamanda nazirlik tərəfindən hər il fövqəladə hallar uşaqların gözü ilə yaradıcılıq müsabiqəsi keçirilir, gənc xilasedici və yanğınsöndürmə yarışları keçirilir".