KTM: May ayında 85 nəfər zəhərlənib, 2-si ölüb

1 İyun 2026 12:11 (UTC+04:00)

Bu ilin may ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

SİA xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Qeyd olunub ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb.