PSJ-dən Luis Enrike QƏRARI - 4 illik müqavilə imzalanacaq

1 İyun 2026 01:06 (UTC+04:00)

UEFA Çempionlar Liqasını qazanan PSJ-də baş məşqçi Luis Enrikenin gələcəyi ilə bağlı qərar qəbul edilib. Xarici KİV-lərin yazdığına görə, paytaxt təmsilçisi ispaniyalı mütəxəssislə 4 illik müqavilə imzalayacaq.

Budapeştdə Çempionlar Liqasının qalibi olduqdan dərhal sonra PSJ prezidenti Nasser Əl-Xelayfi Luis Enrikenin Parisdəki həyatdan tamamilə məmnun olduğunu və klub rəhbərliyinin onun uzunmüddətli layihəsinə tam etibar etdiyini qeyd edib.

Mətləb