Ebola virusu daha bir ölkədə tüğyan edir - 43 nəfər öldü...

31 May 2026 22:29 (UTC+04:00)

Ebola virusu dünyada ciddi təhlükəyə çevrilib.Uqandada ebola qızdırmasının 263 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, virusun nadir "Bundibugyo" ştamından 43 nəfər həyatını itirib.

"Financial Times" nəşrinin məlumatına görə, bunu Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin baş direktoru Jan Kaseya açıqlayıb. O qeyd edib ki, hazırda ebola virusuna yoluxma şübhəsi ilə bağlı 1100-dən çox hal araşdırılır.

Mətləb