2025/2026 mövsümünün nəticələrinə əsasən UEFA Çempionlar Liqasının ən yaxşı futbolçusu bəlli olub.
SİA-nın məlumatına görə, bu ada PSJ-nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliya layiq görülüb. Kvaratsxeliya geridə qalan Çempionlar Liqası marafonunda Fransa klubunun heyətində ümumilikdə 16 matça çıxaraq 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Paris klubu ardıcıl iki mövsüm Çempionlar Liqasının kubokunu başı üzərinə qaldıran tarixdə ikinci komanda olub.
Mətləb