Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 May 2026 16:42 (UTC+04:00)

İyunun 1-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.