Bu gün Masazırın bir hissəsi işıqsız qalacaq - XƏBƏRDARLIQ

31 May 2026 04:06 (UTC+04:00)

Bu gün Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq. Bu barədə SİA "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Qeyd olunur ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mətləb