Yollarda görünüş məsafəsi 1000 metrə qədər məhdudlaşacaq - XƏBƏRDARLIQ

30 May 2026 22:27 (UTC+04:00)

Avtomobil yollarında vəziyyət açıqlanıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 31-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Mətləb