Sumqayıtda sahibkar vəfat edib

31 May 2026 02:17 (UTC+04:00)

Sumqayıt şəhərində sahibkar vəfat edib. Belə ki, iş adamı Həsən Hümbət oğlu Heydərov bu gün Sumqayıtda qəfil dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü məlum deyil. Qeyd edək ki, H.Heydərov Qubadlı rayonunun Teymur Müskənli kənd sakini idi.

Mətləb