Güclü küləyin fəsadlarının aradan qaldırılması üzrə işlər davam edir - FHN

30 May 2026 16:27 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ölkə ərazisində qeydə alınan qeyri-sabit hava ilə bağlı yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilib.

Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, güclü külək nəticəsində avtomobil yollarına və fərdi yaşayış evlərinin üzərinə aşmış ağacların götürülərək kənarlaşdırılması, su basmış yerlərdən suyun çəkilməsi və digər təhlükəsizlik tədbirləri həyata keçirilir.