Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib

30 May 2026 10:02 (UTC+04:00)

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Əlibəyli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 4 ton 200 kiloqram olan 9692 ədəd çətənə kolu məhv edilib.