Putin Ermənistan qtisadiyyatını məhv etməklə hədələyib...

30 May 2026 09:41 (UTC+04:00)

...Kremlin rəhbəri Vladimir Putin hələ də Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olan Ermənistanın Avropaya inteqrasiya siyasətinə görə iqtisadiyyatını faktiki olaraq məhv etməklə hədələyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Rusiya lideri Ermənistanı təhdid edərkən, onun Avropa İttifaqına daxil olması və Avrasiya İqtisadi Birliyində iştirakının uyğunsuzluğunu vurğulayıb.

…Bu ikisini bu gün və ya sabah barışdırmaq praktik olaraq mümkün deyil. Buna görə də, haradasa, təkcə haradasa yox, əslində, bu halda Ermənistanla iqtisadi sahədə inteqrasiya prosesləri ilə bağlı bütün işlərimizi azaltmağa məcbur olacağıq, - deyə Putin bildirib.

O, həmçinin bildirib ki, Ermənistan gələcəkdə Rusiyadan hazırda istifadə etdiyi iqtisadi güzəştləri almayacaq.

…Bu günkü kimi güzəştlər olmayacaq. İlkin hesablamalarımıza görə, müxtəlif ekspertlər hesab edirlər ki, bu, Ermənistanın ÜDM-nin ən azı 14 faizinin itirilməsinə səbəb olacaq, - deyə Kreml rəhbəri əlavə edib.

Əli Babayev