Sumqayıtda 2 yük avtomobili toqquşub

30 May 2026 01:20 (UTC+04:00)

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində - Yaşma bağları ərazisində yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, ATECO və "Ford" markalı yük avtomobillərinin toqquşması nəticəsində sonuncu yolun kənarına aşıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Mətləb