"Cavabımız ağır olacaq" - Moskvadan Buxarestə HƏDƏ

29 May 2026 22:18 (UTC+04:00)

Rumıniya və Rusiya arasında gərginlik artır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi Buxarestə hədə dolu mesaj ünvanlayıb. O qeyd edib ki, "Rumıniyanın Rusiyanın baş konsulunu arzuolunmaz şəxs elan etməsi və Konstansadakı Baş Konsulluğunun bağlanmasına Rusiyanın cavabı özünü çox gözlətməyəcək. Cavabımız həm də ağır olacaq."

Qeyd edək ki, PUA hücumu ilə əlaqədar Rusiyanın Konstansadakı baş konsulu Rumıniyada arzuolunmaz şəxs elan edilib. Konsulluq isə bağlanacaq.

Mətləb