“Kiçik qızlar makiyajı sevirlər...”

29 May 2026 20:13 (UTC+04:00)

...Viktoriya Bekhem 14 yaşlı qızı Harperin imtahana hazırlıq səbəbindən öz kosmetika brendi planlarını təxirə saldığını açıqlayıb.

...O, öz biznesinə çox həvəslidir və öz baxış bucağı var, amma hazırda məktəbdədir və çox, çox çalışır. O, tamamilə imtahanlara hazırlaşmağa diqqət yetirir.

SİA-nın əldə etdiyi məlumata görə, Viktoriya bunu The Sunday Time Style podkastında bildirib.

Bununla belə, o, əlavə edib ki, öz kosmetika brendi ideyası hələ də Harperə ilham verir: "O, makiyajı və dəriyə qulluqu sevir. Bir şey dəyişməz qalır: kiçik qızlar kosmetika almağı sevirlər."

Podkastın sonunda Bekhem dörd uşaq anası olmağından danışıb: 27 yaşlı Bruklin, 23 yaşlı Romeo, 21 yaşlı Kruz və 14 yaşlı Harper…

…Həm oğlan, həm də qız olmağı yaşadığım üçün çox şanslıyam və oğlanlar onunla çox yaxşı yola gedirlər. Xatırladaq ki, Bekhemlərin kiçik qızının şəxsi kosmetika brendi yaratması 2025-ci ilin oktyabr ayında, ailənin şirkət üçün ticarət nişanını qeydiyyatdan keçirdiyi zaman ictimaiyyətə açıqlandı.

Harperin HIKU BY Harper brendi altında dəriyə qulluq məhsullarının bu yay satışa çıxarılacağı gözlənilirdi. Eyni zamanda, Bekhem ailəsi hazırda çətin bir dövr yaşayır. Bu ilin yanvar ayında cütlüyün böyük oğlu Bruklin valideynlərini emosional istismar, təzyiq, hipernəzarət və ailə tərəfindən ictimai rəyin manipulyasiyasında ittiham edən bir mesaj paylaşdı.

Bundan əlavə, hazırda mübahisəli olan etirafında Bruklin anası Viktoriyanı Nikola Peltz ilə toyunda nalayiq davranmaqda və ilk rəqslərini pozmaqda günahlandırıb. Yazının dərc olunmasından qısa müddət əvvəl Bruklin valideynləri ilə yalnız vəkillər vasitəsilə əlaqə saxlayacağını açıqladı.

Bekhemlər böyük oğullarının ittihamlarına açıq şəkildə cavab verməyiblər. Viktoriya və əri, futbolçu Devid Bekhemin özlərinə deməyə icazə verdiyi yeganə şey bütün uşaqlarını çox sevdikləridir.

Nazlı Almuradova