...Bulanıq kənarlar, qeyri-bərabər rəng, qaşınma və qanaxma meyli şübhəli xalın əlamətləridir.
Bu cür dəri böyümələri xərçəng üçün risk faktoru hesab olunur.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə dermatoloq Nataliya Çepurnova bildirib.
...Əgər xal asimmetrikdirsə, qeyri-müəyyən və kələ-kötür kənarları var, qeyri-bərabər rəngdədirsə, qanayır, qaşınır və ümumiyyətlə tez dəyişirsə, bu, mümkün qədər tez bir zamanda dermatoskopiya üzrə ixtisaslaşmış dermatoloq-onkoloqa müraciət etmək üçün bir səbəbdir, - deyə ekspert bildirib.
Çepurnova çoxlu dəri böyüməsi olan və vaxtaşırı yeniləri əmələ gələn insanlar üçün müntəzəm xal müayinələrini tövsiyə edir.
Onların vəziyyətinin özünüqiymətləndirməsi ayda bir dəfə aparılmalıdır.
Mütəxəssisin sözlərinə görə, 50-100 xalın olması hər üç-altı aydan bir tibbi müayinədən keçmək üçün bir səbəbdir.
Əgər xallarınız azdırsa, ildə bir dəfə dermatoloqa müraciət etmək kifayətdir.
Maraqlıdır, görən, xalları günəş yanığından necə qorumaq olar?
...Onları yapışqan sarğılarla ultrabənövşəyi şüalardan gizlətmək cəhdləri iltihabın inkişafına səbəb olur.
İstilik və tər xalların qıcıqlanması üçün ideal şəraitdir. Həkimlər onları yapışqan sarğılarla örtmək əvəzinə, yüksək SPF (30-50) olan yüksək keyfiyyətli günəşdən qoruyucu kremlərdən istifadə etməyi və təbii parçalardan hazırlanmış geniş geyimlər seçməyi məsləhət görürlər.
Əli Babayev