Bu ilin beş ayında əlilliyi olan daha 1500 şəxs işlə təmin olunub

29 May 2026 11:38 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu il əlilliyi olan daha 1500 şəxsi münasib iş yerləri ilə təmin edib.

Bu barədə SİA -ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, sözügedən dövrdə əlilliyi olan 131 şəxsi peşə kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilib.