Israel Airports Authority bildirib ki, ABŞ ordusuna məxsus yanacaq doldurma təyyarələrinin mövcudluğu səbəbindən Ben Gurion Airport hava limanının tutumunun yalnız üçdə biri istifadə oluna bilir və son iki ay ərzində 248 milyon dollar zərər yaranıb. Qurum prosesin qeyri-müəyyən olaraq qaldığını vurğulayıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hava Limanları İdarəsinin baş direktoru Sharon Kedmi İsrailin Reshet Bet radiosuna verdiyi açıqlamada, İran hücumları ilə bağlı Ben Qurion hava limanına yerləşdirilən ABŞ yanacaq tanker təyyarələrinin yaratdığı əməliyyat məhdudiyyətləri və maliyyə itkilərindən danışıb.
Kedmi bildirib ki, hava limanındakı fəaliyyətlərin 70 faizi ABŞ ordusuna aid yanacaq tanker təyyarələrinin yerləşdirilməsi və resursların bu istiqamətdə istifadəsi səbəbindən məhdudlaşdırılıb.
O deyib:
“Hazırda hava limanının əməliyyat imkanlarının yalnız üçdə birindən istifadə edə bilirik. İmkanlarımızın sərhədinə çatmışıq. Yaxın günlərdə bəzi uçuşların ləğv ediləcəyini elan edəcəyik.”
Kedmi qeyd edib ki, xarici aviaşirkətlərin yaxın zamanda hava limanına geri dönməsi gözlənilmir. Mövcud vəziyyət davam edərsə, yay mövsümündə çoxlu uçuşların ləğvi baş verə bilər və təxminən 3 milyon sərnişin bundan təsirlənə bilər.
O əlavə edib ki, hazırda hava limanında onlarla ABŞ tanker təyyarəsi yerləşdirilib və maliyyə yükü getdikcə artır:
“Son iki ay ərzində qurum olaraq 700 milyon şekel (248 milyon dollar) zərər etmişik. Əgər vəziyyət belə davam etsə, zərərimiz milyardlarla dollara çata bilər.”
Kedmi bildirib ki, bu il üçün ilkin plan 18 milyon sərnişinə xidmət göstərmək idi, lakin hazırkı şərtlərdə bu rəqəmin 15 milyonu keçməyəcəyi proqnozlaşdırılır.
Prosesin hələ də qeyri-müəyyən olduğunu vurğulayan Kedmi deyib:
“ABŞ ordusunun hava limanındakı fəaliyyətlərinin nə vaxt sona çatacağı barədə məlumatımız yoxdur. Daim dəyişən və qeyri-müəyyən bir vəziyyət içindəyik.”