Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndəriləcək

29 May 2026 02:03 (UTC+04:00)

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək. SİA xəbər verir ki, bu ölkəyə 4 vaqon buğda və 4 vaqon gübrə tədarük olunacaq.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Mətləb