Avropada Hantavirus QORXUSU - bu ölkə hərəkətə keçdi...

29 May 2026 00:05 (UTC+04:00)

Niderland mümkün yoluxma hallarının artması fonunda hantavirusa qarşı eksperimental preparat partiyası alacaq. Söhbət Yaponiyanın “Fujifilm Pharmaceuticals” şirkəti tərəfindən hazırlanan “Favipiravir” preparatından gedir. Bu barədə “Hart van Nederland” məlumat yayıb.

Məlumata görə, istehsalçı şirkət dərmanı bir neçə Avropa ölkəsinə pulsuz göndərəcək. Niderlandla yanaşı, preparatı İspaniya və Fransa da alacaq. Söhbət 1,4 min tabletlik partiyadan gedir.

Mətləb