Xalq artisti Nazpəri Dostəliyeva neçə il öncə evindən edilən oğurluq barədə danışıb. Xalq artistinə "Zarafat bir yana" proqramında aparıcı tərəfindən "Evinizdən 311 min manat dəyərində qızıl, 15 min dollar, 3 min avro və 2 min funt-sterlinq oğurlanıb. Hamı yazdı ki, nə qədər pulu var" sözləri deyilib.
Müğənni bu məsələ barəsində daha aydın təfərrüatları bölüşüb. SİTAT: "O nədir ki? Nazpərinin adına yaraşır? O, kənarda elə belə şey idi. Hələ bunu yarımçıq deyiblər. Həyatda ən varlı adamam. Sevənlərim var. 30, 40 ildir bir sevgi ilə yaşayan pərəstişkarlarım var. Oğrulara gəldikdə onları bağışladım. Axı anayam"-deyib.
Mətləb