İlham Əliyev Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb - FOTOLAR
28 May 2026 15:03 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə mayın 28-də Xankəndi şəhərindəki Zəfər parkında ucaldılan Zəfər tağının önünə gül dəstələri düzüb.
SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.