“Öləcəyimi düşünürdüm...”

28 May 2026 21:05 (UTC+04:00)

...İspan aktrisası Penelopa Kruz bu ilki Kann Film Festivalında premyerası olan "Qara şar" filmi üzərində işləyərkən üzləşdiyi ciddi sağlamlıq problemləri barədə ilk dəfə açıq danışıb.

Havyer Kalvo və Xavyer Ambrosinin rejissorluq etdiyi film "Ən yaxşı rejissor" mükafatını qazanıb.

Mətbuat konfransı zamanı 52 yaşlı ulduz etiraf edib ki, çəkilişlər başlamazdan bir müddət əvvəl həkimlər ona beyin anevrizması diaqnozu qoyublar.

Anevrizm qan damarının divarlarının zəifləməsi nəticəsində yaranan anormal genişlənməsidir və qanaxmaya və ya insultla nəticələnə bilər.

Kruzun sözlərinə görə, diaqnozu eşitmək əsl şok idi.

...Çəkiliş meydançasına yola düşmək üzrəykən mənə dedilər ki, “Beyin anevrizması var”. Öləcəyimi düşünürdüm. Bu, tamamilə qeyri-real görünürdü, - bunu aktrisa paylaşıb.

Çətin emosional vəziyyətinə baxmayaraq, çəkilişlər davam etdi. Ertəsi gün həkimlər Kruzun işə qayıtmasına icazə veriblər və o, kabare müğənnisi rolunu oynayıb.

Aktrisa həmçinin həyatının ən çətin dövrlərindən birində göstərdikləri dəstəyə görə çəkiliş heyətinə təşəkkür edib.

Kruz həmkarlarına qorxusunu dəf etməyə və film üzərində işləməyə davam etməyə kömək etdikləri üçün minnətdarlığını bildirir.

Nazlı Almuradova