May ayında Türkiyə Baltik və Qara dəniz limanlarından çatdırılan Rusiyanın Urals markalı xam neftinin idxalını təxminən bir il yarım ərzində ən aşağı səviyyəyə endirmək niyyətindədir.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, may ayında respublikaya Urals markalı xam neftin idxalının orta həcmi gündə təxminən 161.000 barel təşkil edəcək. Bu rəqəm yanvar-aprel (gündə 189.000 barel) və 2025-ci ilin may aylarındakı (gündə 302.000 barel) səviyyələrdən aşağıdır.
"Türkiyə Rusiya neftinə əhəmiyyətli endirimlə öyrəşib. Onlar bu markanı bu qədər yüksək qiymətə almağa hazır deyildilər", - deyə böyük bir Qərb şirkətinin treyderi bildirib.
Agentliyin digər iki mənbəyi aprel və may aylarında tədarükün azalmasını Asiyada, xüsusən də Hindistanda tələbatın artması ilə əlaqələndirib. Məqalədə qeyd edildiyi kimi, həcmlərin azalması qismən Xəzər bölgəsindən Türkiyənin CPC xam neftinin idxalının artması ilə kompensasiya olunur. Bu xam neft, daşınmadan asılı olaraq, həm Rusiyadan, həm də Qazaxıstandan tədarük olunur.