30 yaşlı “siyasətçi”nin 15 yaşlı məktəbli olduğu ortaya çıxdı...

28 May 2026 21:36 (UTC+04:00)

...Nigeriyada əvvəllər 30 yaşında olduğunu və qeyri-adi gənc görünüşünün irsi cırtdanlıqdan qaynaqlandığını iddia edən siyasətçi Mahmud Sadis Buba ilə bağlı qalmaqal yaranıb. Lakin iddia edilən sənədlərin dərc olunmasından sonra namizədin əslində yeniyetmə olduğuna dair şübhələr yaranıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daily Star yazır.

Dərc olunmuş sənədə görə, Buba 27 avqust 2010-cu ildə anadan olub və təxminən 15-16 yaşındadır.

Nigeriya qanunlarına görə, yalnız 30 yaşdan yuxarı vətəndaşlar Milli Assambleyaya namizəd ola bilərlər. Siyasətçi əvvəllər tərəfdarlarına görünüşü ilə fəxr etdiyini və bunu "Tanrının hədiyyəsi" hesab etdiyini bildirmişdi. Onun hekayəsi tez bir zamanda sosial mediada yayıldı.

Bubanın qohumu olduğunu iddia edən bir şəxs onun guya pasportunun şəklini yayımladıqdan və siyasətçini "kiçik qardaşı" adlandırdıqdan sonra vəziyyət kəskin şəkildə dəyişdi. Daha sonra keçmiş məktəb müəllimi də Bubaya orta məktəbdə dərs dediyini və hələ də yeniyetmə olduğunu bildirdi.

Qalmaqaldan sonra namizəd yarışdan çəkildiyini elan etdi. Rəsmi açıqlamasında o, "partiyadaxili barışıq və məsləhətləşmələr"i əsas gətirərək yaşını qeyd etməyib.

Əli Babayev