Miqrasiya Xidmətinin əməkdaşları Gürcüstandan 86 xarici vətəndaşı deportasiya edib

28 May 2026 12:19 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində Gürcüstandan 86 xarici vətəndaşı deportasiya ediblər.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Miqrasiya Xidməti tərəfindən görülən kompleks tədbirlər nəticəsində Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Keniya, Nigeriya, Çin, Azərbaycan, Filippin, Banqladeş, Misir, Pakistan, Sudan, İraq, Qazaxıstan, Özbəkistan və digər ölkələrin vətəndaşları - ümumilikdə 86 vətəndaş -

ölkədən deportasiya edilib. Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.