Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərdən artıq 10 600-dək şəxsin məşğulluğu təmin edilib.
Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Belə ki, onlardan 881 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb. Habelə 505 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb edilib.
Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına dəstək göstərilib.