Joze Mourinyonun Arda Gülər PLANI

27 May 2026 23:30 (UTC+04:00)

Yenidən Madrid "Real"ına qayıtması gündəmdə olan Joze Mourinyo artıq "Kral Klubu"ndakı işi üçün strategiya hazırlayır.

Məlumata görə, J.Mourinyo türkiyəli yarımmüdafiəçi Arda Güləri komandanın əsas fiqurlarından birinə çevirməyi planlaşdırır.

"Dario Sport"un məlumatına görə, Mourinyu hətta 21 yaşlı türkiyəli yarımmüdafiəçi ilə şəxsən əlaqə saxlayaraq onun taktiki sxemlərdəki gələcək rolunu ətraflı şəkildə izah edib.

Mətləb