...Con Hopkins Blumberq İctimai Səhiyyə məktəbinin alimləri müntəzəm sirkadian ritmin bioloji qocalmanın yavaşlaması ilə əlaqəli ola biləcəyini aşkar ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, tədqiqat JAMA Network Open jurnalında dərc edilib.
Tədqiqatda Baltimorun 207 orta yaşlı və daha yaşlı sakini iştirak edib. Bir həftə ərzində onlar yuxu müddətini, istirahət dövrlərini və gündüz fəaliyyətini qeyd edən ağıllı bilərziklər taxıblar.
Daha sonra tədqiqatçılar bu məlumatları DNT səviyyəsində bədənin qocalma sürətinin ölçüsü olan epigenetik yaşla müqayisə ediblər.
Təhlil göstərib ki, daha sabit və aydın sirkadian ritminə malik iştirakçılarda epigenetik qocalma daha az müşahidə olunub. Gündüz fəaliyyəti və gecə istirahəti aydın şəkildə ayrıldıqda və yuxu rejimləri günbəgün eyni qaldıqda, bioloji yaş daha yavaş artıb.
Pozulmuş rejimləri olan insanlarda isə əksi müşahidə olunub. Parçalanmış yuxu, gecə fəaliyyəti və yatmaq vaxtı tez-tez dəyişmələr epigenetik qocalmanın sürətlənməsi ilə əlaqələndirilib.
Müəlliflərə görə, bu cür pozuntular sirkadian ritmlərdə - bədənin daxili bioloji saatında - bir balanssızlığı əks etdirə bilər. Lakin tədqiqatçılar bunun müşahidə əlaqəsi olduğunu vurğulayırlar. Tədqiqat yuxu rejimlərinin qocalmanı birbaşa yavaşlatdığını və ya sürətləndirdiyini sübut etmir.
Lakin, tapıntılar göstərir ki, sirkadian ritm sabitliyi bioloji yaşın vacib bir göstəricisi və yaşla əlaqəli xəstəliklərin qarşısının alınması üçün potensial bir yol hesab edilə bilər.
Nazlı Almuradova