Sürücülük vəsiqələrindən məhrum olanlar imtahansız sürücülük vəsiqələrini bərpa edə biləcəklər
Sürücülük vəsiqələrindən məhrum olanlar imtahansız sürücülük vəsiqələrini bərpa edə biləcəklər.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, 27 may tarixində layihə hökumət tərəfindən təsdiqlənib və baxılması üçün Ermənistan Milli Məclisinə təqdim ediləcək.
Layihəyə əsasən, Ermənistan vətəndaşlarına sürücülük vəsiqəsinin dayandırılması müddətinin bitməsindən sonrakı bir il ərzində ərizə təqdim etmələri və müəyyən edilmiş dövlət rüsumunu ödəmələri şərtilə ixtisas imtahanı vermədən bir dəfə sürücülük vəsiqəsini bərpa etmək imkanı təklif olunur. Bir illik sınaq müddəti müəyyən edilir.
İkinci və ya sonrakı sürücülük vəsiqəsinin dayandırılması halında, lisenziya yalnız ixtisas imtahanından keçdikdən sonra bərpa olunacaq.
Həmçinin, sınaq müddəti ərzində 13 bal əvəzinə 6 bal veriləcəyi nəzərdə tutulur.
Sürücü sınaq müddəti ərzində bütün 6 cərimə balından istifadə edərsə, onun sürücülük hüququ bir il müddətinə ləğv ediləcək.
İmtahansız və sınaq müddəti ilə sürücülük vəsiqəsinin yenilənməsi üçün 50.000 dram dövlət rüsumu tətbiq olunur.
Eyni zamanda, keçid müddəası da müəyyən edilir: 1 yanvar 2020-ci ildən sonra sürücülük vəsiqəsindən məhrum edilmiş şəxslər, rüsum ödəyib 13 əvəzinə 6 cərimə balı aldıqları təqdirdə, bərpadan sonra 1 illik sınaq müddəti ilə imtahansız bir dəfə sürücülük vəsiqəsini bərpa edə biləcəklər.