Şuşada Qurban bayramı namazı qılınıb

27 May 2026 11:49 (UTC+04:00)

Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.

SİA xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında Azərbaycan xalqı, dövləti üçün dualar edilib, əmin-amanlıq arzulanıb.

Bayram namazında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.