Mərakeş,Meksika,Serbiya səfirlikləri Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib

27 May 2026 10:46 (UTC+04:00)

Mərakeş, Meksika və Serbiya səfirlikləri Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıblar.

SİA xəbər verir ki, müvafiq paylaşımlar diplomatik nümayəndəliklərin sosial şəbəkələrdəki səhifələrində edilib.

Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş yazıb: "Bayramınız mübarək! Qoy hər il rifah və sevinc gətirsin".

"Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirik!", - Meksikanın Azərbaycandakı səfirliyinin mesajında deyilir.

Serbiyanın Azərbaycandakı səfirliyi də bütün müsəlmanlara firavanlıq və sevinc dolu bayram arzulayıb.