"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinin DÇ-2026 üçün yekun heyətinə dəvət alıb. Tovuz klubundan verilən məlumata görə, yığmanın baş məşqçisi Tomas Kristiansen mundiala yollanacaq heyətə 34 yaşlı müdafiəçinin də adıını daxil edib.
Qeyd edək ki, Roderik Miller Azərbaycan Premyer Liqasında çıxış edərək Dünya çempionatına dəvət alan ilk futbolçu kimi tarixə düşüb.
Mətləb