"BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) Bakıda rekord göstəricilərlə baş tutdu və davamlı urbanizasiya sahəsində qlobal əməkdaşlıq üçün mühüm platformaya çevrildi".
Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.
_(2).jpg)
Onun sözlərinə görə, forumun əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” idi: "Mənzil yalnız əsas ehtiyac deyil, həm də insan ləyaqətinin, sosial inklüzivliyin, iqtisadi imkanların və iqlim dayanıqlığının təməlidir.
“Bakı Fəaliyyətə Çağırış” sənədi üç əsas istiqaməti önə çıxardı:
• insan hüquqlarına əsaslanan yanaşmanın gücləndirilməsi;
• əlçatan və inklüziv mənzil siyasətinin təşviqi və məcburi köçürmələrin dayandırılması;
• mənzil sistemlərinin dayanıqlı, ədalətli və iqlimə davamlı şəkildə transformasiyası.
Sənəddə həmçinin vurğulandı ki, növbəti onillik Yeni Şəhər Gündəliyinin icrası baxımından “fəaliyyət onilliyi” olmalıdır və bütün tərəflər konkret nəticələrə yönəlmiş hesabatlılıq mexanizmləri qurmalıdır.
Bu ilin iyul ayında BMT Baş Assambleyasının yeni şəhər gündəliyi ilə bağlı aralıq hesabatı qəbul ediləcək. Bakıda əldə olan nailiyyət vurğulanacaq".