Əraqçi və Qalibaf İranla bağlı danışıqlar aparmaq üçün Dohaya gəliblər

26 May 2026 12:03 (UTC+04:00)

İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi sülh danışıqları üçün Dohaya gəliblər


SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qətər paytaxtındakı danışıqlar əsasən Hörmüz boğazı və İranın yüksək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı olub. Reuters həmçinin İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati-nin Tehranda Qətər nümayəndə heyəti ilə dondurulmuş İran aktivləri ilə bağlı danışıqlardan sonra Dohaya getdiyini bildirir.

Tərəflər hazırda ölkələr arasında atəşkəsin daha 60 gün uzadılmasını nəzərdə tutan memorandum üzərində işləyirlər. Layihəyə əsasən, İran Hörmüz boğazını gəmiçilik üçün açacaq və bunun müqabilində ABŞ İran limanlarının dəniz blokadasını ləğv edəcək.

Vaşinqton və Tehran arasında çərçivə sazişinin 95%-nin tamamlanıb. Danışıqlar aparan tərəflər hələ də Hörmüz boğazı və Tehranın nüvə ehtiyatları ilə bağlı müzakirələr aparsalar da, Baqer Qalibaf əvvəllər İran tərəfinin ABŞ-a təqdim etdiyi planın alternativi olmadığını bildirmişdi. Siyasətçi X sosial media səhifəsində, "14 maddəlik təklifdə göstərilən İran xalqının hüquqlarını tanımaqdan başqa çarəsi yoxdur" deyə bildirib.

O əlavə etdi ki, "başqa hər hansı bir yanaşma tamamilə faydasız olacaq, bir sıra uğursuzluqlardan başqa bir şey deyil".

Lətifə Abdıyeva