Azərbaycanda 2 bitki yağı emalı zavodu yaradılacaq

25 May 2026 23:28 (UTC+04:00)

Azərbaycanda azı 2 bitki yağı emalı zavodu yaradılacaq. Bu barədə Prezidentin təsdiqlədiyi Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramında bildirilir.
Layihə üzrə bitki yağları istehsalının artırılması üçün bitkiçilik sahəsinin dəstəklənməsi və investisiyaların cəlb edilməsi üçün təşviq mexanizminin tətbiq edilməsi nəzərdə tutulur. Layihə üzrə əsas icraçı orqan Kənd Təsərrüfatı Nazirliyi, digər icraçı qurum isə İqtisadiyyat Nazirliyidir.

Mətləb