"Qarabağ"ın futbolçusu "Bursaspor"a keçdi

25 May 2026 22:30 (UTC+04:00)

"Qarabağ"ın futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirəcək. SİA xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klubun məlumatına görə, Türkiyənin köklü klublarından olan “Bursaspor”un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb.

Beləliklə, Ağdam təmsilçisi Toral Bayramovun transferi ilə bağlı “Bursaspor” klubunun təklifini müsbət cavablandırıb.

Mətləb