77 yaşlı kişini ildırım vurub öldürdü

25 May 2026 04:06 (UTC+04:00)

Füzulidə 77 yaşlı kişini at belində ildırım vuraraq öldürüb. Hadisə rayonun Zobuçuq qəsəbəsində baş verib.

Əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan Əlyar Güləhməd oğlu Hacıyev at ilə qoyun təsərrüfatında hərəkətdə olarkən ildırım onu vurub. Baş vermiş hadisə nəticəsində Ə.Hacıyev hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Mətləb