1 gündə Hörmüz boğazından 33 gəmi keçib - SEPAH

25 May 2026 00:04 (UTC+04:00)

Son 24 saat ərzində İrandan icazə alaraq 33 gəmi Hörmüz boğazından keçib.

SİA-nın məlumatına görə bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Fars" agentliyi məlumat yayıb.

"Son gün ərzində 33 gəmi, o cümlədən neft tankerləri, konteyner və digər ticarət gəmiləri SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən koordinasiya və təhlükəsizliyin təmin edilməsi şəraiti ilə icazə aldıqdan sonra Hörmüz boğazından keçib", - bəyanatda bildirilir.

Mətləb