Mədəniyyət nümunələrimiz Buxarestdə nümayiş olunub

25 May 2026 00:20 (UTC+04:00)

Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan və Buxarestdəki Amerika Məktəbinin ev sahibliyi etdiyi tədbirdə Azərbaycanın mədəniyyət nümunələri nümayiş etdirilib.

SİA-nın məlumatına görə bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Ziyarətçilər Azərbaycanın zəngin ənənəvi mətbəxini, məşhur çay mədəniyyətimizi və milli masa oyunlarını nümayiş etdirən interaktiv stendlə tanış olmuşlar", - paylaşımda qeyd olunub.

Mətləb