"Qarabağ" yeni transferi üçün nə qədər xərcləyib?

24 May 2026 22:29 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, "Qarabağ" klubu 26 yaşlı qambiyalı hücumçu Zakaria Savonu heyətinə qatıb.

Bəs bu futbolçu "Qarabağ"-a neçəyə başa gəlib? Mətbuatda yer alan məlumata görə, Ağdam klubu bu futbolçu ilə 3 illik müqavilə imzalayıb və buna görə onun klubu olan “Yurqorden”ə (İsveç) təzminat ödənilib.

Medianın yazdığına görə, bu keçid Ağdam klubuna ümumilikdə 1,5 milyon manata (800 min avroya) başa gəlib.

Mətləb